Fransa millisi əfsanəyə tapşırılacaq? Ən real namizəd odur

08.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan komandanın baş məşqçi postuna əsas namizəddir.

Publika.az xəbər verir ki, əfsanə Didye Deşamın gedişindən sonra millini çalışdıra bilər. Bu barədə "L'Equipe" və "Le Parisien" məlumat yayıb.

Deşam daha əvvəl DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini bildirib. O, 2012-ci ildən komandaya rəhbərlik edir. 52 yaşlı Zidan isə 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью