Fransa millisi heyətini açıqladı: əfsanəvi cüdoçu Teddi Riner Bakıya gəlir

03.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

Oktyabrın 4–dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti açıqlanıb.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilər arasında 5, qadınlar arasında isə 6 çəki dərəcəsində mübarizə aparacaq.

Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kiloqram) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə dünya çempionluğu uğrunda tatamiyə çıxacaq.

Fransa millisinin heyəti:

Kişilər

60 kiloqram – Luka Mxeidze, Romen Valadye-Pikar

66 kiloqram – Valid Xyar, Dayki Buba

73 kiloqram – Joan-Benjamin Qaba, Dayan Bulemtafes

90 kiloqram – Maksim-Qael Nqayap Hambu

+100 kiloqram – Teddi Riner

Qadınlar

48 kiloqram – Şirin Bukli

57 kiloqram – Sara-Leoni Sizik

63 kiloqram – Klaris Aqbeqnenu, Manon Deketer

70 kiloqram – Klemans Em

78 kiloqram – Odri Tşeumeo, Kayla İssufi

+78 kiloqram – Roman Diko, Lea Fonten

Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (73 kiloqram), Aleksis Matyö (90 kiloqram), Mateo Akiana Monqo və Tyeman Diabi (hər ikisi +90 kiloqram), həmçinin Marta Favaz (57 kiloqram) da yer alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью