Fransa millisində 40 ilin rekordu

18.11.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa millisinin futbolçusu Adrien Rabyo UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qola imza atıb.

QOL.az xəbər verir ki, “Marsel”in yarımmüdafiəçisi 59-cu saniyədə hesabı açıb.

Bu qol Fransa yığmasında 1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra ən erkən qol olub.

Qeyd edək ki, İtaliya - Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью