Fransa millisində itki Paraqvayla matçı buraxacaq

04.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Fransa millisində itki - Paraqvayla matçı buraxacaq

Fransa yığması 1/8 final mərhələsi ərəfəsində ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, "RMC Sport" nəşrinin məlumatına görə, komandanın yarımmüdafiəçisi Orelyen Çuameni dünya çempionatının 1/8 finalında Paraqvaya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

Futbolçu cümə günü baş tutan məşq zamanı bud nahiyəsində narahatlıq hiss edib. İlkin ehtimallara görə, onun bərpa prosesi təxminən 4 gün çəkəcək. Hər şey plana uyğun getsə və Fransa yığması növbəti mərhələyə adlasa, komandanın vitse-kapitanı iyulun 9-da keçiriləcək 1/4 final qarşılaşmasında meydana qayıda bilər.

Qeyd olunur ki, start heyətində onu "Roma"nın yarımmüdafiəçisi Manu Konenin əvəzləyəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью