Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının ilk turunda səfərdə Türkiyə millisini yenən Fransanın heyətində yarımmüdafiəçi Maykl Olise rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Stats Foot” yayıb.
Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Kilian Mbappe vurub ki, ona məhsuldar ötürməni məhz Olise verib. Bu, onun il ərzində 9-uncu assisti olub. Beləliklə, "Bayern Münhen"in ulduzu 1958-ci ildən bəri Fransa millisinin heyətində bir təqvim ili ərzində 9 məhsuldar ötürmə edən ilk futbolçu olub.
"Transfermarkt" 24 yaşlı futbolçunun hazırkı transfer dəyərini 170 milyon avro qiymətləndirir.
Mirağa