Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki

24.09.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasında Türkiyə ilə qarşılaşacaq Fransa millisi önəmli futbolçusunun xidmətindən məhrum olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata əsasən, "Real Madrid"in müdafiəçisi İbrahima Konate zədə səbəbindən Fransa millisinin düşərgəsindən ayrılıb. 27 yaşlı mərkəz müdafiəçisinin məşq zamanı sağ dizindən xəsarət aldığı və aparılan MRT müayinəsi nəticəsində həmin nahiyədə yüngül burxulma müəyyən edildiyi bildirilib.

İbrahima Konatenin əvəzinə U-21 millisində çıxış edən Leni Yoro əsas komandaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə və Fransa milliləri arasında görüş sabah Kocaelidə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Müəllif: Tural Hüseyn 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью