Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti

29.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti

Fransa millisi 96 yaşlı azarkeşi üçün yaddaqalan addım atıb.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, komandanın futbolçuları uzun illərdir "xoruzlar"a azarkeşlik edən 96 yaşlı qadına hücumçu Kilian Mbappenin imzalı formasını hədiyyə ediblər. Hədiyyə komandanın nümayəndələri tərəfindən azarkeşə şəxsən təqdim olunub.

Bildirilib ki, yaşlı azarkeş bu jestdən olduqca duyğulanıb və futbolçulara təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Fransa millisi iyulun 1-də DÇ-2026-nın 1/16 final mərhələsində İsveç yığması ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью