Fransa millisindən şok Mbappe qərarı

07.11.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Fransa millisində Kilian Mbappe haqqında gözlənilməz qərar verilib.

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, ulduz futbolçu UEFA Millətlər Liqasında İsrail və İtaliyaya qarşı keçiriləcək oyunların heyətinə daxil edilməyib. 

Fransa yığmasının baş məşqçisi Didye Deşam Mbappenin matçlarda iştirak etmək istədiyini, lakin özünün belə addım atdığını açıqlayıb:

"Onunla bir neçə dəfə danışdım. Kilian gəlmək istəyirdi. Düşündüm və belə daha yaxşı olacağına qərar verdim. Bu sadəcə iki matç üçün seçimdir. Fikrimin sizin üçün yetərli olmadığını anlayıram, ancaq şərhlərə yol açacaq mübahisələrə girməyəcəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью