Fransa millisinin hücumçusu Mançester Yunayted ə keçə bilər

20.04.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bornmut"un hücumçusu Eli Junior Krupi Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı forvardı transfer etmək istəyir. Bu barədə "Football Insided" məlumat yayıb.

Klubu 19 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Onlar Fransa U-21 millisinin üzvü üçün 50-60 milyon funt-sterlinq tələb edəcəklər.

Qeyd edək ki, "Bornmut" Eli Junior Krupini 2025-ci ilin fevralında "Loryen"dən transfer edib. Gənc hücumçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 28 matçda 10 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью