Fransa millisinin hücumçusu Mançester Yunaytedə keçə bilər

09.11.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

İngiltərənin "Mançester Yunayted" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi PSJ-də çıxış edən Randal Kolo Muaninin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" yanvar ayında fransalı hücumçunu icarəyə götürməyi planlaşdırır. Futbolçu özü də Premyer Liqada oynamağa isti yanaşır.

Qeyd edək ki, PSJ Kolo Muanini ötən ilin yayında "Ayntraxt"dan transfer edib. Fransa millisinin üzvü olan 25 yaşlı forvard bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью