Fransa millisinin kapitanı kim olacaq? Zidan təsdiqlədi

18.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan hücumçu Kilian Mbappenin yığmada kapitanlıq sarğısını qoruyub saxlayacağını bəyan edib.

Futbolpress.az xəbər verir ki, fransalı mütəxəssis “L’Equipe” nəşrinə açıqlamasında Mbappenin onun komandasında əsas kapitan olacağını təsdiqləyib.

Kilian Mbappe 2023-cü ildə təcrübəli qapıçı Üqo Lloris milli karyerasını başa vurduqdan sonra komandanın daimi kapitanı seçilmişdi.

2012-ci ildən yığmanı çalışdıran Didye Deşamı 2026-cı ilin iyulunda əvəzləyən Zinəddin Zidan Millilər Liqasının payız oyunları üçün heyəti artıq açıqlayıb. Fransa milli komandası sentyabrın 25-də Türkiyə, oktyabrın 2-də İtaliya ilə üz-üzə gələcək, həmçinin sentyabrın 28-də və oktyabrın 5-də Belçika yığması ilə iki qarşılaşma keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью