Fransa millisinin sabiq futbolçusu ilə yollar ayrıldı

19.08.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin sabiq futbolçusu Pol Poqba "Monako"dan ayrılıb.

Sportal.az xəbər verir ki, onun müqaviləsinə xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra azad agent kimi “Monako”ya keçmişdi. Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu. Lakin zədələr Poqbanın “Monako”dakı karyerasına ciddi təsir edib. O, Fransa təmsilçisinin heyətində cəmi 6 oyunda meydanda olmuşdu.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью