Fransa millisinin sabiq hücumçusu ABŞ dan ayrılacaq, yeni komandası bəllidi

27.06.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa millisinin sabiq üzvü Olivye Jiru “Lill”ə keçməyə yaxındır.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi artıq fransız forvardla razılıq əldə edib.

Onun “Los-Anceles”lə müqaviləsini ləğv edəcəyi və əvəzində “Lill”lə bir illik müqavilə imzalayacağı gözlənilir.

38 yaşlı futbolçu MLS təmsilçisinin heyətində 37 matçda cəmi 5 qol vurub.

Jiru karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” klublarının formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью