Fransa millisinin sabiq kapitanı Seneqal millisini çalışdırmağa yaxındı

24.07.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa millisinin keçmiş kapitanı Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər. Sport24.az "Foot Mercato"-ya istinadən xəbər verir ki, 49 yaşlı fransız mütəxəssis 2026-cı il dünya çempionatından sonra vəzifəsindən kənarlaşdırılan Papa Tiavanı əvəz edəcək.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir və fransız mütəxəssis tezliklə millinin "sükanı arxasına" keçə bilər.

Qeyd edək ki, Vieyranın son iş yeri 2025-ci ilin noyabrın ayrıldığı "Cenoa" olub. O, həmçinin "Strasburq", "Kristal Pelas", "Nyu-York Siti", "Nitsa" və "Mançester Siti"nin gənclər komandasında çalışıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью