Fransa millisinin sabiq müdafiəçisi Türkiyə klublarının maraq dairəsindədir

22.01.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa millisinin sabiq müdafiəçisi Avropaya geri qayıtmağa hazırlaşır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, “Qatar”ın futbolçusu Presnel Kimpembe Türkiyə klublarından təkliflər alıb.

"Trabzonspor" və “Başakşeher” fransızı heyətinə qatmaqda israrlıdır. Hazırda mərkəz müdafiəçisi ilə danışıqlar davam etdirilir. 30 yaşlı futbolçunun Qətər klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, yetirməsi olduğu PSJ-dən 2025-ci ildə ayrılıb və Asiya klubuna keçib.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью