Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Atletiko Madrid”in ulduz futbolçusu Antuan Qrizmannın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqa təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Qrizmann 2027-ci ilə qədər “Atletiko”nun şərəfini qoruyacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm Madrid klubunun heyətində meydana çıxdığı 53 rəsmi matçda 16 qol, 9 assistlə yadda qalıb.
"Real" Modriçin əvəzləyicisi üçün 100 milyon ödəyə bilər "Barselona" yalnız bir şərtlə Raşfordu transfer edə bilər "Barselona" "Arsenal"ın futbolçusu ilə danışıqlar aparır Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır "Benfika" "Real Madrid"dən 50 milyon avro istəyir