Fransa millisinin üzvü “Milan”la müqavilə imzalayacaq

01.09.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Milan” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Marsel”dən Adrien Rabiot ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Milan” Rabiot üçün 10 milyon avro ödəyəcək. Fransalı yarımmüdafiəçi İtaliya klubu ilə 4 illik müqavilə imzalayacaq.

Rabiot ötən mövsümdə 29 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib. O, komanda yoldaşı Conatan Rou ilə mübahisə etdiyi üçün “Marsel”də əsas komandadan uzaqlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью