Fransa millisinin üzvü “Qəbələ”də RƏSMİ

11.02.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib. 

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar" Fransanın “Valensiyen” komandasında çıxış edən Sambu Sissokonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi 26 yaşlı dayaq yarımmüdafiəçisini mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”,  Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

"Qarabağ" dünya sıralamasında irəliləyib - DOQQUZ PİLLƏ Premyer Liqa matçları bu kanallarda - TV AFİŞA Nəriman Axundzadə rəsmən MLS-də A kateqoriyalı məşqçi kursu keçirilib Vernidub: “Bəzi qərarlarla razı deyiləm”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью