Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransa Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya qeyri-qanuni miqrant axını ilə əlaqədar İspaniya ilə sərhəddə sərhəd nəzarətini gücləndirib.
XQ xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib:
"Seuta anklavında yaranmış vəziyyətlə əlaqədar, mən İspaniya sərhədində sərhəd nəzarətinin dərhal gücləndirilməsi barədə göstəriş vermişəm".
Qanunsuz miqrantların Seutaya axını ilə əlaqədar İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Roma İspaniya ilə Şengen sazişinin fəaliyyətini dayandırmağa hazırdır.