Fransa, Misir və İordaniya liderləri Qəzza sazişinin bərpasına çağırıblar

08.04.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Fransa, Misir və İordaniya liderləri Qəzza sazişinin bərpasına çağırıblar

Misir prezidenti Əbdülfəttah əs-Sisi, Fransa prezidenti Emmanuel Makron və İordaniya kralı II Abdullah Yaxın Şərq münaqişəsinin tərəflərini Qəzza zolağında atəşkəs razılaşmasının yerinə yetirilməsinə qayıtmağa çağırıblar. Bu barədə Fransa liderinin ofisi məlumat yayıb.

Bəyanatda deyilir ki, üç ölkənin liderləri bütün girov və məhbusların azad edilməsinə zəmanət verən atəşkəs razılaşmasının yerinə yetirilməsinə çağırıblar. "Mülki əhalinin və humanitar personalın müdafiəsi, habelə yardımın çatdırılması üçün tam çıxış beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikdir və onlara hörmət edilməlidir", - Fransa prezidentinin mətbuat xidməti öz saytında bildirib.

Fransa, İordaniya və Misir liderləri həmçinin beynəlxalq ictimaiyyəti martın 4-də Qahirədə keçirilən ərəb sammitində qəbul edilmiş Qəzzanın yenidən qurulması planını dəstəkləməyə çağırıblar. Plana əsasən, altı aylıq keçid dövründə anklav texnokratlar komitəsi tərəfindən idarə olunacaq. Reuters-in məlumatına görə, layihə fələstinlilərin Qəzza zolağından köçürülməməsini nəzərdə tutur.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью