Fransa müdafiə büdcəsini iki dəfə artırır

13.07.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fransa hakimiyyəti qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasını sürətləndirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkə ordusuna müraciətində deyib.

O bildirib ki, müdafiə büdcəsi 2027-ci ildə 64 milyard avro təşkil edəcək ki, bu da 2017-ci ildəkindən iki dəfə çoxdur:

"2030-cu ilə qədər hərbi büdcəni iki dəfə artırmağı planlaşdırsaq da, bunu 2027-ci ilə qədər edəcəyik. 2026-cı ildə müdafiəyə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro ayrılacaq. Beləliklə, müdafiə büdcəsi bir ildə iki dəfə artaraq 64 milyard avro olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью