Fransa neft obyektlərini qorumaq üçün Səudiyyə Ərəbistanına qoşun göndərir

25.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Fransa hakimiyyəti Səudiyyə Ərəbistanında neft emalı zavodlarını və digər infrastruktur obyektlərini qorumaq üçün ölkəyə hərbçilər, radar və digər müdafiə sistemləri göndərəcək”. 

525.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron France2 telekanalına müsahibəsində bildirib.

Bununla belə, onun sözlərinə görə, Paris münaqişəyə cəlb olunmur, məqsəd Səudiyyə Ərəbistanındakı enerji obyektlərinin müdafiəsinə kömək etməkdir. Makron gələcəkdə əlavə yardım göstərilməsinin mümkünlüyünü də istisna etməyib.

Fransa hərbçiləri Yanbu limanının və “Şərq–Qərb” neft kəmərinin müdafiəsinə kömək edəcəklər. Hər iki obyekt Qırmızı dənizin sahilində yerləşir və blokadaya alınmış Hörmüz boğazından yan keçməklə neftin ixracına imkan verir.

Makron bu tədbirləri Fransanın enerji təhlükəsizliyinin təmin edilməsi və qiymətlərin aşağı salınmasına yönəlmiş səylərinin bir hissəsi adlandırıb. Bölgədə müharibənin başlamasından sonra neft və qazın qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Səudiyyə Ərəbistanının həm Hörmüz boğazına, həm də Qırmızı dənizə çıxışı var. ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra Hörmüz boğazında gəmiçilik atəşə tutulma təhlükəsi səbəbindən ciddi şəkildə çətinləşib.

Bu fonda Ər-Riyad Qırmızı dənizdəki Yanbu limanına gedən marşrut üzrə neft nəqlini əhəmiyyətli dərəcədə artırıb. Lakin bu infrastruktur ölkə daxilindəki digər neft obyektləri kimi təhlükə altındadır. Onlar mütəmadi olaraq Yəmən husilərinin hücumlarına məruz qalır. Məsələn, bu günlərdə pilotsuz uçuş aparatlarının hücumları səbəbindən neft kəmərinin fəaliyyəti müvəqqəti dayandırılıb, yalnız bu həftə bərpa edilib. Şərq-Qərb kəməri ilə nəql olunan neftin ixracı da husilərin Qırmızı dənizdə Səudiyyə tankerlərinə hücumları səbəbindən əhəmiyyətli dərəcədə azalıb. Avqust ayında Yanbu limanından sutkada cəmi 2,5 milyon barel neft ixrac edilib ki, bu da 2013-cü ildən bəri ən aşağı göstərici olub.

Qırmızı dənizdə Bab əl-Məndəb boğazı da husilərin hücum təhlükəsi ilə daim üz-üzədir. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью