Fransa nəhəngi Barselona”nın qapıçısına göz dikib

08.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Barselona"nın qapıçısı İnyaki Penya karyerasını PSJ-də davam etdirə bilər. Sport24.az "Fichajes"-ə istinadən xəbər verir ki, PSJ ispaniyalı qolkiperi yaxın vaxtlarda komandanı tərk edəcəyi deyilən Canluici Donnarummanın əvəzedicisi kimi görür.

Penya bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 22 oyun keçirib, 25 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, bir müddət əvvəl 26 yaşlı qolkiperin kataloniyalıların baş məşqçisi Hans-Diter Fliklə münasibətinin yaxşı olmaması ilə bağlı xəbərlər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью