sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
PSJ qış "transfer pəncərəsi" dövründə hücum xəttini gücləndirmək üçün heyətinə yeni oyunçu qata bilər. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Dezire Due və Xviça Kvaratsxeliyada çarpaz bağların yırtılması diaqnozunun qoyulmasından sonra, Fransa klubu zədələnən ulduzların yerini dolduracaq oyunçular axtarmağa başlayıb.
PSJ-nin namizədlər siyahısında əsasən cinah hücumçuları yer alır. Klub rəqib müdafiəsini yarmağı bacaran, fərdi qarşıdurmalarda qalib gələn və dar məkanlarda səmərəli oynaya bilən futbolçu axtarışındadır.
Paris klubunun maraqlandığı konkret oyunçuların adları hələlik məlum olmasa da, "Bornmut"dan Eli-Junior Krupi və "Monako"dan Paris Brunnerin bu siyahıda olmadığı təsdiqlənib. Buna səbəb idman direktoru Luis Kamposun qış "transfer pəncərəsi"ndə böyük məbləğdə vəsait xərcləmək niyyətində olmamasıdır.
Qeyd edək ki, 11 turdan sonra PSJ turnir cədvəlinə başçılıq edir.