Fransa nəhəngi İbrahima Mbaye görə 70 milyon avro tələb edir

22.08.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PSJ 70 milyon avro qarşılığında hücumçusu İbrahima Mbaye ilə yollarını ayırmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Liverpul" artıq 18 yaşlı seneqallı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb, lakin Paris klubunun istədiyi qiyməti ödəməyə hazır deyil.

Oyunçunun Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Mbaye 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Forvard DÇ-2026-da meydana çıxdığı dörd oyunda bir qolla yadda qalıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью