Fransa nəhənginin diqqətində

25.01.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ yay transfer pəncərəsində Rodriqonu transfer etmək qərarına gəlib.

Futbolpress.az xəbər verir ki, braziliyalı vinger ilə daha əvvəl “Mançester Siti” maraqlanırdı. Hücumçunun Madrid “Real”ında uzunmüddətli gələcəyinə zəmanət verilmədiyi bildirilir.

Rodriqonun “Los-Blankos” ilə hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. Onun sərbəstqalma məbləği 1 milyard avrodur.

24 yaşlı futbolçu bu mövsüm “kral klubu”nun heyətində 27 matçda 11 qol vurub və 5 asisstə imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью