Icma.az bildirir, 525.az portalına istinadən.
Fransanın “L'Opinion” qəzeti hökumətin prioritetlərini tənqid edərək prezident Emmanuel Makronun karikaturasını dərc edib. Bu prioritetlərə sosial sahəyə zərər vuraraq müdafiə xərclərinin artırılması daxildir.
525.az “Report” a istinadən xəbər verir ki, karikaturada ölkə prezidentinin müdafiə nazirinə pul verməsi, arxa planda isə bir ailənin üzərində “sosial sahə” yazısı olan sınmış daxıla baxması əks olunub.
Ailə üzvlərindən biri deyir: “Bu, yəqin ki, hərbi dövrün iqtisadiyyatıdır”.