Fransa ordusunu Çaddan çıxarmağa başladı

10.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Fransa qoşunlarını Çaddan çıxarmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Fransa qoşunlarının Çaddan çıxarılmasına paytaxtda yerləşən iki hərbi təyyarənin geri çəkilməsi ilə başlanıb.

Fransa ordusu bunu Çadın Parislə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini dayandırdığını deməsindən iki həftə sonra bəyan edib.

Regionda radikal islamçı yaraqlılara qarşı mübarizədə Qərbin müttəfiqi olan Çad hökuməti gözlənilmədən noyabrın 28-də müdafiə sahəsində əməkdaşlıq paktını dayandırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью