Fransa öz qoşunlarını bu ölkədən də çıxarır

04.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb.

Axar.az “Seneqo” portalına istinadən xəbər verir ki, Mareşal, Sent-Ekzüperi və Kont-admiral Prote bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Bildirilib ki, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.

Qeyd edək ki, bundan öncə Fransa ordusu Çaddan tamamilə çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью