Fransa parlamenti Azərbaycan hökumətindən erməni məhbusların azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib

04.02.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa parlamenti fevralın 3-də Azərbaycan hökumətindən erməni məhbusların azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib.

Gununsesi.info qətnamə 183 deputat tərəfindən lehinə səs verilməklə yekdilliklə qəbul olunub.

“Biz Ukraynadakı müharibəyə görə haqlı olaraq hiddətlənirik. Qrenlandiyada haqlı olaraq Danimarkanın suverenliyini müdafiə edirik. Yaxın Şərqdə haqlı olaraq insan haqlarına hörmət tələb edirik. Bəs eyni zamanda Ermənistan üçün heç bir reaksiya vermədən, onu taleyin ümidinə buraxacağıq? Bu, ifadə olunmaz bir haqsızlıq olardı”, – qətnaməni təqdim edən deputat Loran Vokye çıxışında deyib.

O, Türkiyə və Azərbaycan liderlərinin Ermənistanı xəritədən silməyə çalışdığını iddia edib.

“Fransızlar bilirmi ki, bu dəqiqə, elə indi erməni siyasi məhbuslar insan haqlarına hörmətin təmin olunacağına dair heç bir zəmanət olmadan Azərbaycan diktaturasının həbsxanalarında saxlanılır? Fransanın borcu – Fransa diplomatiyasının borcu başqaları susanda reaksiya verməkdir. Ermənistanın bizə ehtiyacı var, ermənilər bizim səsimizi gözləyirlər. Artıq XX əsrin ilk soyqırımını yaşamış və bu gün yenidən eyni təhlükələrlə, eyni pan-türkizmin səsləndirdiyi təhdidlərlə üz-üzə qalan bu xalqı qorumaq bizim borcumuzdur”, – o əlavə edib.

Qeyd edək ki, Fransa parlamenti əvvəllər də oxşar məzmunlu qətnamələr qəbul edib.

Azərbaycan prezidenti İlham Əliyev bu qətnamələrə görə Fransa parlamentini tənqid edərək onu Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью