Fransa parlamenti hökuməti istefaya göndərib

04.12.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.

Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.

Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım idi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью