Fransa: Partlayıcı kəmərlə hücum planı, üç gənc həbs olunub

07.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 7 aprel, AZƏRTAC

Fransada 13 noyabr hücumlarından ilhamlanaraq intihar hücumu planlaşdırmaqda şübhəli bilinən 19-24 yaşlarında üç gənc Şimal Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən həbs edilib.

AZƏRTAC xəbər verir ki, polis tərəfindən nəzarətə götürüldükdən sonra 3 şübhəli şəxsin ikisi ittiham olunaraq həbs edilib, üçüncüsü isə məhkəmə nəzarəti altına alınıb.

Bildirilir ki, şübhəlilər mümkün qədər çox ölümə səbəb olmaq üçün özlərini ictimai yerdə partlatmağı planlaşdırıblar.

“Le Parisien”in məlumatına görə, üçlük qaçılmaz hücumdan qorxan qohumunun məlumatı sayəsində polis tərəfindən saxlanılıb.

Müstəntiqlər şübhəlilərdən birinin evində aparılan axtarış zamanı atəş qurğusuna qoşulmuş fişənglər və nəhəng əldəqayırma partlayıcı olan TATP-nin hazırlanması üçün lazım olan inqrediyentlərin siyahısını əks etdirən sənədlərin olduğu əldəqayırma jilet tapıblar.

Hadisə ilə bağlı “cinayətkar terror təşkilatında iştirak” və “cinayətin və ya şəxsin toxunulmazlığına xələl gətirən cinayətin qarşısının alınmaması” maddələri ilə məhkəmə istintaqı açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью