Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın Marsel şəhərində polis avtomobil oğurluğu ilə məşğul olan şəbəkəni ifşa edib.
Avtosfer.az “Figaro”ya istinadla xəbər verir ki, şəhərdə Yaponiya modellərinin tez-tez oğurlanması polisin diqqətini cəlb edib.
Bu günlərdə oğurlanan bir avtomobil isə böyük bir şəbəkəni ifşa etməyə imkan verib.
Avtomobil sahibi polisə bildirib ki, maşının üzərindəki peyklə izləmə sistemi söndürülməyib və maşın Marsel ərazisində hərəkətsizdir.
Naviqasiya məlumatlarını izləyən polis avtomobilin bir təmir sexində olduğunu aşkara çıxarıb.
Sexi izləyən qanun keşikçiləri əraziyə çox sayda saxta nömrə nişanlı avtomobilin daxil olduğunu müəyyən ediblər.
Təmir sexində əməliyyat zamanı məlum olub ki, şəhərdən oğurlanan avtomobillər burada bir neçə “prosedur”dan keçərək xaricə göndərilir.