Fransa polisi kriptovalyuta sahiblərinin doğmalarını girov götürən şəxsləri saxlayıb

28.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa polisi Paris və Nant şəhərlərində kriptovalyuta ticarəti ilə məşğul olan şəxsləri və onların doğmalarını oğurlayan 20-dən çox cinayətkarı saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.

Qeyd olunur ki, adam oğruları əsasən kriptovalyuta ticarəti ilə məşğul olan şəxslərin ailə üzvlərini girov götürərək əvəzində milyonlarla dollar pul tələb ediblər. Girov saxlanılan şəxslərin əksəriyyəti polisin apardığı əməliyyat nəticəsində azad olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью