Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Paris prokurorluğu İlon Maska məxsus “X” platformasının Paris ofislərində axtarış aparıldığını açıqlayıb.
Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə yanvar 2025-ci ildən davam edən bir istintaq çərçivəsində həyata keçirilib. Axtarışlar Paris və milli kibertəhlükəsizlik bölmələri tərəfindən “Interpol”un dəstəyi ilə aparılıb. “X” platforması hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Eyni zamanda Paris prokurorluğu İlon Maska və “X” in rəhbəri Linda Yaccarinoya aprelin 20-də Parisə gəlməsi üçün çağırış göndərib. Prokurorluq bundan sonra “X”dən istifadə etməyəcəklərini və yalnız “LinkedIn” və “Instagram” vasitəsilə ünsiyyət quracaqlarını bildirib.
İstintaq “X” platformasının alqoritmlərinin avtomatlaşdırılmış məlumat sistemi fəaliyyətini əhəmiyyətli dərəcədə təhrif etmə ehtimalı ilə bağlıdır. Məlumatlara görə, bu dəyişikliklər müəyyən siyasi məzmunun, xüsusilə Maskın paylaşımlarının istifadəçilərdən xəbərsiz olaraq daha çox görünməsinə səbəb olub. Bu, Fransa qanunvericiliyinə görə qanunsuz sayılır.
İyul ayında aparılan rəsmi istintaqa əlavə olaraq, prokurorluq işə yeni ittihamlar əlavə edib. Buna uşaqların pornoqrafik xarakterli görüntülərinin saxlanmasında iştirak ittihamı daxildir. Bu, ötən ilin sonunda “Grok” tərəfindən yaradılan görüntülərlə əlaqəlidir.
Cavid, BakuPost