Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransada oktyabrın 17-də “Sarı jiletlilər” etirazları zamanı bir fotoqrafın polis tərəfindən istifadə edilən elektroşok qumbarasının partlaması nəticəsində yaralanması ilə bağlı yeni araşdırma başlanıb.
Turkustan.az xəbər verir ki, istintaq Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən aparılır.
Partlayış zamanı ətrafa səpələnən qəlpələr gənc fotoqrafın ayağına dəyərək arteriyasını zədələyib. Onun güclü qanaxma keçirdiyi anların görüntüləri sosial şəbəkələrdə yayılıb.
Fransa hökuməti orta məktəb şagirdlərinin etirazları zamanı polisin elektroşok qumbaralarından istifadəsini ağır xəsarətlərə görə qadağan etmişdi. Lakin oktyabrın 17-də keçirilən nümayişlərdən əvvəl qadağa ləğv olunub.
Yeni araşdırma ilə “Sarı jiletlilər” etirazları zamanı polis zorakılığı iddiaları üzrə IGPN-nin başlatdığı istintaqların sayı beşə çatıb.
Tələbələrin də iştirak etdiyi “Sarı jiletlilər” hərəkatı oktyabrın 17-də yaşayış xərclərinin və yanacaq qiymətlərinin yüksək olmasına etiraz olaraq ölkə miqyasında aksiyalar keçirib.
Aytən Yaşar/Turkustan.az