Fransa Prezidenti 17 il sonra ilk dəfə Suriyaya səfər edəcək

05.07.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Emmanuel Makron 17 il sonra Suriyaya səfər edən ilk Fransa Prezidenti olacaq.

"Report" xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Makron həmçinin 2024-cü ilin sonunda Əhməd Əl Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.

Səfərin dəqiq tarixi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, axırıncı dəfə Fransanın sabiq prezidenti Nikola Sarkozi 2009-cu ildə Suriyaya səfər etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью