Fransa prezidenti Vengeri razı salmağa çalışır, Ramon Veqa da namizədliyini irəli sürəcək

13.11.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron Arsen Vengerin FİFA prezidenti vəzifəsinə namizədliyini dəstəkləyir. Sport24.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, Makron həmvətəni ilə əlaqə saxlayaraq, onu Canni İnfantinoya alternativ olmağa razı salmağa çalışıb.

O, həmçinin digər dünya liderlərini də Vengerin namizədliyini dəstəkləməyə çağırmağa hazırdır. Lakin Vengerin sonda razılıq verib-verməyəcəyi hələlik bəlli deyil.

Makronun Vengeri açıq şəkildə dəstəkləməsi, Fransa prezidenti ilə münasibətlərin gərgin olduğu Afrika ölkələrində əks effekt verə bilər.

77 yaşlı fransız namizəd olmaqdan imtina edərsə, UEFA Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşimanın namizədliyini dəstəkləməyə hazırdır.

Bu arada, daha bir "tanınmış sima"nın seçki mübarizəsinə qoşulacağı gözlənilir. "Tottenhem"in keçmiş müdafiəçisi Ramon Veqa da FİFA prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır. Lakin onun rəsmi namizəd kimi qeydiyyata alınması üçün tələb olunan beş milli futbol assosiasiyasının dəstəyini qazanıb-qazanmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər 2027-ci ilin matın 18-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью