Fransa Prezidentinin təklifi Niderlandda fikir ayrılıqları yaradıb

05.03.2026

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Niderland parlamenti Fransa Prezidenti Emmanuel Makronun nüvə silahları sahəsində daha sıx əməkdaşlıq təklifi ilə bağlı müzakirələrə açıq olduğunu nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, təklifin detalları hələ müzakirə mərhələsində olsa da, Niderlandın koalisiya partiyaları onu dəstəkləyib.

Bununla yanaşı, GroenLinks-PvdA partiyası təklifi maraqlı hesab etsə də, təhlükəsizliyin yalnız nüvə məsələsi ilə bağlı olmadığını açıqlayıb. Sosialist Partiyası isə nüvə silahlarının artırılmasının yeni silahlanma yarışını ortaya qoya biləcəyini irəli sürüb və təklifə qarşı çıxıb.

Qeyd edək ki, Fransa Prezidentinin təklifi Avropada nüvə təhlükəsizliyini və regional müdafiə strategiyalarını gücləndirməyi hədəfləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью