Fransa prezidentliyinə namizəd olan jurnalist qeyri adi VƏD VERDİ

16.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Fransanın populist “Rekonkista” partiyasının lideri Erik Zemmur 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb. O, beş il ərzində ölkədəki immiqrantların sayını 2 milyon nəfər azaltmağı vəd edib.

Modern.az xəbər verir ki, siyasətçi bu məqsədə, o cümlədən həbs cəzası çəkən əcnəbilərin, eləcə də yaşayış statusundan asılı olmayaraq altı aydan artıq müddətdə işsiz qalan xarici vətəndaşların deportasiyası hesabına nail olmağı planlaşdırır.

Televiziya çıxışında Zemmur namizədliyini Fransanın milli kimliyini qorumaq və ölkənin gələcəyinin fransızlara məxsus olmasını təmin etmək məqsədilə irəli sürdüyünü bildirib.

Jurnalist olan Zemmur siyasətə beş il əvvəl gəlib. O, sentyabrın ortalarında prezident seçkilərində iştirak edəcəyini bildirsə də, həmin vaxt seçki qərargahı bunun hələ rəsmi namizədlik elanı olmadığını vurğulamışdı.

Qeyd edək ki, Zemmur 2020-ci ildə müsəlman qadınlar və ənənəvi dini geyimlərdə olan kişilərlə bağlı səsləndirdiyi fikirlərə görə məhkum edilib. O, həmin şəxsləri “işğal” və “müstəmləkəçilik” anlayışları ilə əlaqələndirmişdi.

Erik Zemmur 2022-ci ildə keçirilən prezident seçkilərində dördüncü yeri tutub.

Onun namizədliyini irəli sürməsi Fransanın ifrat sağçı düşərgəsinin daha tanınmış siması Marin Le Penlə rəqabətini gündəmə gətirir. “Milli Birlik” partiyasının lideri Le Penin 2027-ci il prezident seçkilərinin birinci turunda qalib gələcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью