Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, o, paytaxt Paris, o cümlədən digər şəhərlərdəki zorakılığı qınayıb.
Dövlət başçısı ölkənin təcili olaraq sakitliyə ehtiyacı olduğunu bildirib.
“Talan edənlər dəyən ziyanı ödəməlidirlər. Respublikanı devirməyə cəhd edənlər məsuliyyətə cəlb olunmalıdırlar”, - E.Makron bildirib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes etirazlara görə istefa verdiyini açıqlayıb. Amma E.Makron onun istefasını qəbul etməyib.
Yelisey Sarayından verilən açıqlamaya görə, prezident mövcud vəziyyətdə hüquq-mühafizə orqanlarının rəhbərliyində davamlılığın zəruri olduğu əsas gətirilərək, L.Nunezin təqdim etdiyi istefa ərizəsini rədd edib.
E.Makron həmçinin nazirə yerlərdə qaydaları pozan və ziyan vuranlara qarşı mümkün qədər tez yeni fəaliyyət metodlarını tətbiq etməyi tapşırıb.
Fransada keçirilən etirazlar zamanı təxminən 2400 nəfər saxlanılıb, təxminən 1000 polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb. Aksiya zamanı Parisdə birin halı qəfildən pisləşərək ölüb, Sent-Etyen şəhərində digər bir etirazçının əli kəsilib.
Fransanın Baş naziri Sebastyan Lekornu bəzi ərazilərdə yerli hakimiyyət orqanlarına iğtişaşlar səbəbindən mağazalara və digər müəssisələrə daha çox ziyan dəyməsinin qarşısını almaq üçün lokal və qismən komendant saatı tətbiq etməyi tapşırıb.
ABŞ Prezidenti Donald Tramp da Fransadakı iğtişaşlara münasibət bildirib. O, ölkəni sərhədlərini dərhal bağlamağa çağırıb.
“Miqrantlar Fransanı ələ keçiriblər. Onlar sərhədləri dərhal bağlamalıdırlar!” – Birləşmiş Ştatlar lideri “Truth Social"da yazıb.
Qeyd edək ki, 17 oktyabrda artan yaşayış xərclərinə, yüksək yanacaq qiymətlərinə və ictimai xidmətlərdəki problemlərə etiraz olaraq Fransada genişmiqyaslı etirazlarına başlanılıb. Bir çox yerdə etirazlar iğtişaşlara çevrilib. Məsələn, Parisdə və digər şəhərlərdə yüzlərlə mağaza dağıdılıb və talan ediib. Aksiya iştirakçıları Limojda isə 19-cu əsrə aid bələdiyyə binasını yandırıb.
Mürtəza