Fransa qoşunları Ukraynada nə ilə məşğuldur?

19.11.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…

...Fransa Ukrayna hərbçilərinə təlim keçmək və Kiyevə verilən silahlara xidmət etmək üçün vaxtaşırı Ukraynaya hərbi mütəxəssislər göndərdiyini təsdiqləyib.

Buna cavab olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Paris faktiki olaraq müharibədə iştirak edir və Moskva əcnəbi hərbçiləri qanuni hədəflər hesab edəcəyi ilə hədələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Independent yazır.

Fransız mütəxəssislər nə edir?

Fransa müdafiə nazirinin müavini Elis Rufo izah edib ki, söhbət silah mühəndisləri də daxil olmaqla, az sayda mütəxəssisdən gedir.

Onlar cəbhə xəttindən uzaqda yerləşirlər və Ukraynaya mürəkkəb texnikanın, xüsusən də “Mirage 2000” qırıcı təyyarələrinin və “Sezar” haubitsalarının saxlanması, habelə ixtisaslaşdırılmış təlimlərin keçirilməsi üçün gəlirlər.

Fransa media qurumları RFI və Le Monde-un məlumatına görə, yaydan bəri “İradə” (“Volya”) əməliyyatı çərçivəsində kiçik qruplar Ukraynaya bir-bir gəlirlər.

Manilada keçirilən görüşdə çıxış edən Lavrov bildirib ki, Fransa qoşunları altı aydan çoxdur ki, Ukraynada işləyir və digər ölkələri Kiyevə oxşar yardım göstərməkdə günahlandırıb.

O, həmçinin xarici mütəxəssislərin mövcudluğunu, peyk məlumatlarının ötürülməsini və hədəflərin müəyyənləşdirilməsində yardımı eyniləşdirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Ukraynadakı istənilən xarici qoşunları zərbələr üçün qanuni hədəf hesab edəcəyi ilə hədələyib.

Böyük Britaniyanın mövqeyi...

Böyük Britaniya da Ukraynada qoşunlarının mövcudluğunu təsdiqləyib, lakin onların sayını və ya missiyalarını açıqlamayıb. Son bir ildə iki Britaniya hərbçisi qəzada həlak olub.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью