Fransa Qrenlandiyanı Trampdan qoruyacağına söz verib

08.01.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Fransa Qrenlandiyanı Trampdan qoruyacağına söz verib


Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı (Aİ) heç bir dövlətin birliyin suveren sərhədlərini pozmasına icazə verməyəcək.
“Financial Times” yazır ki, o, Amerikanın seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planları ilə bağlı sözlərinə belə reaksiya verib.
Barro Vaşinqtonun adanı fəth etmək qabiliyyətinə şübhə edib. Buna baxmayaraq, o, dünyanın “ən güclülərin qanununun geri döndüyü” bir dövrə qədəm qoyduğunu vurğulayıb.
Aİ kimliyindən asılı olmayaraq dünyanın digər ölkələrinə öz suveren sərhədlərinə hücum etməyə icazə verə bilməz”, - Barro əmin edib.
Tramp daha əvvəl “Qrenlandiyanı yenidən möhtəşəm edəcəyinə” söz vermişdi. Respublikaçının fikrincə, ada “əgər və nə vaxt” ABŞ-ın bir hissəsi olarsa, onun sakinləri böyük fayda əldə edəcəklər.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью