Fransa Qrenlandiyaya əlavə hərbi qüvvə göndərmək niyyətindədir | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyadakı hərbi mövcudluğunu 14 dəfədən çox artırmağı planlaşdırır.
525.az xəbər verir ki, bu barədə "Canard Enchaine" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Trampa qarşı çıxmaq üçün Fransa lideri 19 yanvarda Müdafiə Şurasının fövqəladə iclasını çağırıb.
Makron buz sahələrinə ən azı 200 əsgərdən ibarət yaxşı təchiz olunmuş dəstə göndərmək qərarına gəlib", - açıqlamada vurğulanıb.
Hazırda orada yalnız 15 fransız əsgəri yerləşdirilib. Eyni zamanda, Fransa adada NATO təlimlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Lakin Ağ Evin sözçüsü Kerolin Levitin sözlərinə görə, Parisin bu hərəkətləri Vaşinqtonun regiondakı planlarına təsir göstərməyəcək.
Pərvanə Sultanova Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu