Fransa Rusiya aktivləri barədə məlumatı gizlədib?

08.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Fransa özəl banklarda dondurulmuş Rusiya aktivləri və onlar üzrə yığılan faizlərin istifadəsi barədə məlumatı gizlətdiyinə görə Aİ daxilində tənqidlərlə üzləşib. Söhbət təxminən 18 milyard avrodan gedir və bu vəsaitin böyük hissəsi BNP Paribas bankında yerləşir.
Bizim.Media xəbər verir ki, Avropa Komissiyası bütün Aİ üzrə dondurulmuş aktivlər hesabına Ukraynaya “reparasiya krediti” verilməsi ideyasını irəli sürür.
 

Lakin Fransa kommersiya banklarında saxlanılan vəsaitlərin bu sxemə daxil edilməsinə qarşı çıxır və bunu həmin bankların Rusiya qarşısında müqavilə öhdəlikləri ilə əsaslandırır.


Bu arada 185 milyard avro dəyərində Rusiya aktivlərini donduran Euroclear həmin aktivlərdən əldə olunan gəliri artıq Ukraynaya verilən kreditin maliyyələşdirilməsinə yönəldir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью