Fransa Rusiya fəallığına qarşı: Azərbaycan Türkiyə tandemi

09.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaxın gələcəkdə Azərbaycan və Türkiyə regional təhlükəsizliklə bağlı məsələlərdə ortaq mövqelərini daha da gücləndirəcəklər”. 

Bu sözləri Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu “Cebheinfo.az”-a Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin Cənubi Qafqazda dayanıqlı və davamlı sülh, sabitlik, təhlükəsizlik və regional münasibətlər sisteminin formalaşmasına xüsusi töhfələrini şərh edərkən bildirib. 

Qeyd edək ki, fevralın 8-də Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub. 

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. H.Babaoğlunun sözlərinə görə, hər iki qardaş ölkə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdə eyni mövqedən çıxış edir. 

H.Babaoğlu deyir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Cənubi Qafqaz regionun gələcək taleyi ilə yanaşı qlobal dünyada baş verən hadisələr ilə bağlı məsələlərdə iki qardaş ölkənin maraqlarının təmin olunmasına istiqamətlənib: 

“Ona görə də xarici işlər naziri Ceyhun Bayramov ilə qardaş Türkiyənin XİN rəhbəri Hakan Findan arasında baş tutan telefon görüşü və bu görüşdə hər iki nazirin regional və beynəlxalq məsələləri müzakirə etməsi strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardır”, - deyən H.Babaoğlu Cənubi Qafqazda sülh və sabitliyə müəyyən təhdidlərin olduğunu qeyd edib: 

“Son dövrlərdə Fransanın və Rusiyanın fəallaşmasını, xüsusilə Ermənistan üzərindən regionda sülhə müəyyən müdaxilə cəhdlərini görürük. Bununla yanaşı, İran ətrafında və Yaxın Şərqdə də bənzər proseslər baş verir. 

Belə olan halda Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliklə bağlı imzalanan Şuşa Bəyannaməsi, daha sonra hərbi təhlükəsizliklə bağlı imzalanan müqavilələr kritik və həlledici bir məqamda iki qardaş ölkənin regional təhlükəsizlik istiqamətində səylərini artırmağı, mövqelərini gücləndirməyi zəruri edir. Bu, Azərbaycan və Türkiyənin ortaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Fransa-Rusiya Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью