Fransa Rusiya hərbi maşınını maliyələşdirir

10.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ukraynanın avropalı müttəfiqləri Moskvanın hərbi iqtisadiyyatını effektiv şəkildə gücləndirən Rusiyadan enerji təchizatı almağa davam edir.

Moderator.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında Rusiyadan idxal etdikləri enerji resurslarının dəyəri 11 milyard avrodan çox olub. Ötən illə müqayisədə yeddi ölkə, o cümlədən Ukraynanı aktiv şəkildə dəstəkləyən beş ölkə Rusiyadan enerji alışını artırıb. Belə ki, Fransa idxalı 40% artıraraq 2,2 milyard avroya, Niderland 72% artıraraq 498 milyon avroya çatdırıb. Eyni zamanda, Rusiyadan gələn maye qaz tədarükü tez-tez Fransa və İspaniyadan tranzit olaraq AB-nin digər alıcılarına ötürülür”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью