Fransa Rusiya ilə münasibətləri bərpa etmək istəyir

04.02.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa ümumi problemlərin həlli üçün Rusiya ilə münasibətləri bərpa etmək istəyir.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etmək üçün hazırlıqların aparıldığını bildirib. 

Makron Fransanın şimal-şərqinə səfəri zamanı jurnalistlərə açıqlamasında qeyd edib ki, bu istiqamətdə hazırlıqlara başlanılıb və müzakirələr texniki səviyyədə aparılır.

Fransanın dövlət rəhbəri əlavə edib ki, Moskva ilə dialoqun aparılması faydalı ola bilər, amma o, Rusiyanın hazırda yaxın günlərdə və ya həftələrdə (Ukrayna ilə) sülh müqaviləsi bağlamağa hazır olmadığını da bildirib. 

Makronun sözlərinə görə, müharibədən sonra təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparmaq üçün Kremllə əlaqə saxlamaq lazımdır:

"Bu kontekstdə avropalıların Kremlə təmasları bərpa etmələri vacibdir".Makron Fransanın Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb və bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları qəbuledilməzdir və sülh danışıqları aparmaq üçün "həqiqi istəyi" nümayiş etdirmir.

Yunis Abdullayev
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью