Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Fransa Rusiyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
Onun sözlərinə görə, qərar Rusiyanın Avropanın bir sıra ölkələrinə qarşı həyata keçirdiyi iddia olunan genişmiqyaslı kibercasusluq və təxribat kampaniyası ilə əlaqədardır:
”Yaxın günlərdə Rusiya səfiri XİN-ə çağırılacaq. Rusiya ilə əlaqəli olduğu bildirilən 9 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq ediləcək”.