Fransa Rusiya tankerini sərbəst buraxacaq “Buna məcburuq....”

30.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa milli qanunvericiliyin tələblərinə görə saxlanılan Rusiya “kölgə donanması”na aid neft tankerini azad etməyə məcbur qalacaq. 

“AzPolitika” bildirib ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə 29 yanvar tarixli telefon danışığı zamanı məlumat verib.

Zelenski cümə günü jurnalistlərlə görüşündə bildirib ki, tankerinin saxlanılmasına görə Makrona təşəkkür edib. Makron isə öz növbəsində bildirib ki, gələcəkdə belə halların qarşısını almaq üçün qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırır ki, saxlanılan tankerlər azad edilmədən həbs altında qalsın.

Qeyd olunur ki, beynəlxalq dəniz hüququ mülki gəmilərin beynəlxalq sularda ələ keçirilməsinə yalnız istisna hallarda icazə verir. “Politika Strany” nəşrinin yazdığına görə, Avropa ölkələri tərəfindən Rusiya “kölgə donanması”na aid digər tankerlərin saxlanılması halları da adətən gəmilərin bir müddət sonra buraxılması ilə nəticələnib.

Xatırladaq ki, 22 yanvar tarixində Fransa hərbçiləri Aralıq dənizində Murmanskdan yola çıxmış “Grinch” adlı neft tankerini saxlayıblar. Gəmi 2025-ci ilin iyulunda Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına daxil edilib. Tanker Komor Adaları bayrağı altında üzür və əsasən Çin və Hindistana neft daşıyır.

26 yanvar tarixində tanker kapitanı həbs edilib. Onun adı açıqlanmasa da, 58 yaşlı Hindistan vətəndaşı olduğu bildirilir.

Makron tankerin saxlanılması barədə açıqlamanı demək olar ki, Zelenskinin Davos İqtisadi Forumundakı çıxışı ilə eyni vaxtda verib. Ukrayna Prezidenti həmin çıxışında Avropa tərəfdaşlarını ABŞ nümunəsini izləməyə, yəni Rusiya “kölgə donanması”na aid tankerləri saxlayaraq yüklərini müsadirə etməyə çağırmışdı.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью